Missisipidə fırtına nəticəsində 500 evə ziyan dəyib


  • 17:34

ABŞ-nin Missisipi ştatında ötən gecə güclü tufan və tornado müşahidə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Missisipi Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Şiddətli fırtına nəticəsində 500-ə yaxın evə ziyan dəyib.

Ölənlər barədə məlumat verilməsə də, təxminən 17 nəfər yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər