- 11:36
Hantavirusun yayılması yeni qlobal pandemiya demək deyil.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST rəsmiləri virusun COVID-19 kimi hava ilə deyil, yaxın və uzunmüddətli təmas yolu ilə ötürüdüyünü və riskin aşağı səviyyədə olduğunu açıqlayıb.
ÜST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Maria van Kerkhove vurğulayıb ki, hantavirusun vəziyyəti COVID-19-un başlanğıcından tamamilə fərqlidir.
ÜST-nin baş direktoru Tedros Qebreyesus bildirib ki, yoluxma Cənubi Amerikada quş müşahidəsi zamanı baş verə bilər.
Xəstəliyin inkubasiya dövrü altı həftəyə qədər davam edə bildiyi üçün yeni hallar ortaya çıxa bilər.
Qeyd edək ki, Hantavirus əsasən gəmiricilərdən ötürülür. Virus gəmirici nəcisi, sidiyi və tüpürcəyi ilə çirklənmiş havanın nəfəs alınması, bəzən gəmiricinin dişləməsi və ya cızması ilə yoluxa bilər. Əlamətlər arasında qızdırma, halsızlıq, əzələ ağrısı, tənəffüs çatışmazlığı, bəzi hallarda daxili qanaxma və böyrək çatışmazlığı ola bilər. İndiyə qədər virusa yoluxan 3 nəfər dünyasını dəyişib.
Şəbnəm Mehdizadə