- 12:17
"Meta" şirkəti "Instagram"da mesajların ucdan-uca şifrələnməsi (E2EE) funksiyasını ləğv edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 2026-cı il mayın 8-dən etibarən tətbiq edilən bu dəyişikliklə istifadəçilər artıq ultra təhlükəsizüsullarla mesaj göndərə bilməyəcəklər.
Bundan sonra "Meta" birbaşa mesajlarda (DM) mətn, şəkillər, videolar və səs qeydlərinə daxil ola biləcək.
Beləliklə "Instagram" artıq "standart şifrələmə"yə keçdi. Bu sistemlə xidmət təminatçısı mesaj məzmununa yalnız qanuni öhdəlik və ya ehtiyac olduqda baxa bilər.
Şirkət bu qərarı E2EE funksiyasından istifadə edənlərin sayının az olmasını əsas gətirərək qəbul etdiyini açıqlayıb.
Qərar istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Şəbnəm Mehdizadə