"Starbase" kosmodromunda partlayış baş verib


  • 11:36

Amerikanın "SpaceX" şirkətinə məxsus "Starbase" kosmodromunda partlayış baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaq zamanı baş verən hadisə bölgədəki canlı yayım kameraları tərəfindən lentə alınıb.

Partlayış raketin buraxılışı zamanı yaranan kütləvi alov və istiliyin qarşısını almaq üçün buraxılış meydançasına təzyiqli su səpən sistemin sınaqları zamanı baş verib.

Partlayışdan sonra sistemin avtomatik olaraq bağlandığı bildirilir.

Partlayışın buraxılış meydançasına və ya raket komponentlərinə daimi ziyan vurduğu barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər