Livan prezidenti Netanyahu ilə görüşmək istəmir


  • 11:53

Livan prezidenti Cozef Aun İsrailin baş naziri Benyamin Netanyahu ilə mümkün görüşü rədd edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Aunun görüş ilə bağlı ehtiyatlı mövqe tutduğu bildirilib.

Livan tərəfinin ABŞ rəsmilərinə Netanyahu ilə görüşün hazırkı sabitləşmə səylərinə zərər verəcəyi barədə xəbərdarlıq edib.

Rəsmi Vaşinqtonun bu yanaşmanı müsbət qarşıladığı vurğulanıb.

Qeyd edilib ki, Beyrut Təl-Əvivlə sülh sazişi imzalamağı qarşısına məqsəd qoymur, onun əsas məqsədi sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etməkdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər