- 12:42
İndoneziyada Dukono vulkanının püskürməsi nəticəsində 3 alpinist ölüb, 10 nəfər itkin düşüb.
E-huquq.az "Channel News Asia"ya istinadən xəbər verir ki, İndoneziyanın Şimali Maluku bölgəsindəki Dukono dağı püskürərək, təxminən 10 kilometr hündürlüyə kül saçıb.
Həmin vaxt dağda olan üç alpinist həlak olub, daha on nəfər isə hələ də itkin düşüb.
Ölən alpinistlərdən ikisi Sinqapurlu, biri isə İndoneziyalıdır.
İndoneziyanın Halmahera adasındakı üç vulkandan biri olan Dukono 1933-cü ildən bəri fasilələrlə püskürür.
Onun sonuncu püskürməsi aprelin 6-da baş verib, bu zaman ərazidəki alpinistlər xəsarət almadan xilas olublar.
Şəbnəm Mehdizadə