- 12:52
ABŞ vətəndaşı İspaniyadan sığınacaq istəyib.
E-huquq.az İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, Mayorkada yaşayan 34 yaşlı amerikalı kişi ABŞ prezidenti Donald Trampın siyasətləri ilə razılaşmadığını və bundan qorxduğunu əsas gətirərək sığınacaq istəyib.
Onun ərizəsi İspaniya Milli Polis Baş Qərargahına göndərilib.
Qanuna görə, sığınacaq müraciəti səlahiyyətli orqan tərəfindən qiymətləndiriləcək və Daxili İşlər Nazirliyi ABŞ vətəndaşının İspaniyada sığınacaq statusu almaq hüququna malik olub-olmamasına qərar verəcək.
İspaniyanın baş naziri Pedro Sançez Trampın NATO ölkələrinin müdafiə xərclərini ümumi daxili məhsullarının 5%-ə qədər artırmaq tələbini rədd edib.
Sançez həmçinin İrana qarşı hücumlarda istifadə edilmək üçün İspaniyanın cənubundakı iki hərbi bazanı ABŞ-yə bağlayıb.
Tramp da öz növbəsində İspaniya ilə bütün ticarət əlaqələrini kəsməklə hədələyib.
Şəbnəm Mehdizadə