- 12:52
ABŞ Kubanın hakimiyyət orqanları Vaşinqtonun zəruri hesab etdiyi bir sıra siyasi və iqtisadi islahatlar həyata keçirənə qədər ona qarşı tədbirləri davam etdirəcək.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” platformasında bildirib.
Dövlət katibinin sözlərinə görə, Vaşinqton hələ də hesab edir ki, müasir Kuba regionda ABŞ-nin milli təhlükəsizliyi üçün təhdiddir.
Qeyd edək ki, mayın 7-də ABŞ Kuba iqtisadiyyatının təxminən 40%-nə nəzarət etdiyinə inandığı “GAESA” konqlomeratına, həmçinin təşkilatın rəhbərinə və nikel mədən müştərək müəssisəsinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər ABŞ prezidenti Donald Trampın mayın 1-də imzaladığı Kubaya qarşı birtərəfli sanksiyalar rejimini kəskin şəkildə sərtləşdirən sərəncama əsaslanır. Bildirilib ki, sərəncam ABŞ-nin Kubaya qarşı məhdudlaşdırıcı tədbirlərini ekstraterritorial xarakter verməyə çalışır və məhdudiyyətlərin üçüncü ölkələrə də təsir edə bilər.
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla yeni sanksiyalara cavab olaraq bildirib ki, ABŞ-nin bu addımları Vaşinqtonun Kuba əhalisinə qarşı soyqırım niyyətlərini təsdiqləyir.
Humay Eminqızı