Tramp: "Hər an İranla razılıq əldə edə bilərik"


  • 12:42

"Hər an İranla razılıq əldə edə bilərik".

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp söyləyib.

Tramp ABŞ ordusunun iki İran obyektinə hava zərbələri endirməsinə baxmayaraq, Tehran administrasiyası ilə danışıqların davam etdiyini bildirib.

"Bu, hər an ola bilər. İnanıram ki, onlar bu razılaşmanı məndən çox istəyirlər" - deyə Tramp əlavə edib.

Tramp rəsmi Tehranı sülh müqaviləsini yaxın zamanda imzalamağa çağırıb.

"Biz onlara nüvə silahına sahib olmaq hüququ verməyəcəyik və onlar da bunu bilir, qəbul edirlər. İran rəsmiləri müqaviləni tez imzalasalar daha yaxşı olar. Əks halda çox əziyyət çəkəcəklər" - deyə Ağ Ev lideri əlavə edib.

Tramp əsas gözləntisinin İranın nüvə silahına malik olmaması olduğunu dilə gətirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər