İqlim dəyişikliyi on minlərlə bitki növünün məhvinə səbəb ola bilər


  • 12:52

ABŞ və Böyük Britaniyada aparılan araşdırmalara görə, 2100-cü ilə qədər on minlərlə bitki növünün iqlim dəyişikliyi səbəbindən yox ola bilər.

E-huquq.az xəbər verir ki, alimlər iqlim dəyişikliyinin bitkilər üçün potensial nəticələrini araşdırıb.

ABŞ-də aparılan bir araşdırmada tədqiqatçılar kompüterdə yaradılan modelləşdirmədən istifadə edərək 2100-cü ilə qədər dünyadakı bitki növlərinin 18%-nin nəsli kəsiləcəyini proqnozlaşdırıb.

Arktika və Aralıq dənizi bölgələrində, eləcə də Avstraliyada vəziyyətin xüsusilə pisləşdiyini müşahidə edən tədqiqatçılar bu növlərin tamamilə yox ola biləcəyi qənaətinə gəliblər.

Tədqiqatın müəlliflərindən biri olan Xiaoli Dong bunun orta karbon emissiyası ssenarisində təxminən 35.000-50.000 bitki növünə uyğun gəldiyini və çirklənmənin gücləndiyi təqdirdə bu rəqəmin arta biləcəyini söyləyib.

İngiltərədə aparılan başqa bir araşdırmada tədqiqatçılar 10 minə yaxın çiçəkli bitki növünün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyini müəyyən ediblər.

Hər iki araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər