KİV: ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında təhlükəli radon miqdarı aşkarlanıb


  • 13:36

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İtaliyanın Neapol şəhərində yerləşən ən böyük bazasında radioaktiv radonun icazə verilən həddi aşması aşkar edilib.

E-huquq.az xəbər verir ki, Bu barədə “Stars and Stripes” qəzeti hərbi obyektin komandanlığına istinadən məlumat yayıb.

Bildirilir ki, təhlükəli göstəricilər baza ərazisində yerləşən məktəbin foyesində, soyunub-geyinmə otağında və müəllimlər otağında da aşkarlanıb. Yoxlamalar zamanı havanın hər litrində qazın konsentrasiyasının 4-dən 12,1 pikoküriyə qədər olduğu müəyyən edilib.

Qeyd edək ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, 4 pikoküridən yuxarı konsentrasiya təhlükəli hesab olunur.

Baza komandanlığı radioaktiv çirklənmə hallarının hər birinə təxirəsalınmaz şəkildə prioritet verilməsi və araşdırılması üçün tədbirlər gördüyünü bildirib, lakin hələlik hansı konkret addımların atılacağı məlum deyil.

Rəsmilərin sözlərinə görə, təmizləmə işləri iki ilə qədər davam edə bilər.

Qəzetin məlumatına əsasən, bazanın yaşayış olmayan binalarında radon səviyyəsinin ilk ölçmələri hələ 2024–2025-ci illərdə aparılıb, lakin onların nəticələri indiyədək ictimaiyyətə açıqlanmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər