- 13:41
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə xarici ölkələrin liderlərinə və vətəndaşlarına təbrik göndərib.
E-huquq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib”, - məlumatda deyilir.
Rusiya prezidenti Gürcüstan və Moldova xalqlarına müraciətlərində ağır müharibə illərində baş vermiş hadisələrin xatirəsini yaşatmağa, xoş dostluq ənənələrini gələcək nəsillərə ötürməyə çağırıb.
Putin, həmçinin veteranlara və cəbhə işçilərinə ürəkdən təbriklərini çatdırıb.
Humay Eminqızı