- 14:54
Rusiyanın funksional çoxnövçülük üzrə çempionu Dmitri İsayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs məhkəmədə əməlini etiraf edib.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən öz günahımı tamamilə etiraf edirəm. Etdiyim əməllərdən peşmanam", - təqsirləndirilən bildirib.
Qeyd edək ki, D. İsayev Kaluqa şəhərində mayın 7-nə keçən gecə güllələnib. Onun həyatını xilas etmək mümükün olmayıb. Şübhəli şəxs mübahisədən sonra çempiona 2 dəfə atəş açaraq qaçıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Humay Eminqızı