- 14:56
Qəzza zolağında dağıdılmış binaların altında ən azı 8 minə yaxın cəsəd var.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti yerli mülki müdafiə sözçüsü Mahmud Bassala istinadən məlumat yayıb.
"Rəqəmlər daha çox ola bilər”, - Bassal bildirib.
Məlumata görə, texnika və avadanlıq çatışmazlığı səbəbindən cəsədlərin çıxarılması çətinləşib. İsrail Qəzza zolağından dağıntıların təmizlənməsi üçün lazım olan avadanlıqları buraxmaqdan imtina edir.
Sözçü bildirib ki, mövcud vəziyyət gəmiricilərin və sahibsiz heyvanların çoxalmasına gətirib çıxarır ki, bu da xəstəliyin yayılma riski yaradır.
BMT-nin məlumatına görə, Qəzza zolağında 61 milyon tondan çox dağıntı qalıb və indiyədək dağıntıların 1%-dən az hissəsi çıxarılıb. “The Wall Street Journal” hesab edir ki, dağıntıların təmizlənməsi 1 trilyon dollara başa gələcək.
Humay Eminqızı