“Euroclear” Rusiya aktivlərindən Kiyevə 6,6 milyard avro köçürüb


  • 17:18

“Euroclear” depozitarı bildirib ki, 2024-cü ildən etibarən Rusiyanın aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdən Kiyevə artıq 6,6 milyard avro köçürüb.

E-huquq.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.

“2024-cü il fevralın 15-dən bu günə qədər “Euroclear” Ukrayna üçün Avropa fonduna aktivlərdən əldə olunan gəlirlərdən 6,6 milyard avro köçürüb. Növbəti 1,4 milyard avro məbləğində ödəniş 2026-cı ilin iyul ayında həyata keçiriləcək”, — hesabatda deyilir.

Humay Eminqızı

Oxşar xəbərlər