Putin Təhlükəsizlik Şurasının iclasında Kiyevin hücumlarını müzakirə etdi


  • 21:37

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Kiyevin son hücumlarını müzakirə edib.

E-huquq.az xəbər verir ki, Putin İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 81-ci ildönümündə Ukraynanın Rusiyaya hücumlarını artırmasından narahatlığını ifadə edib.

“Bu gün bir neçə məsələni müzakirə edəcəyik və ən əsası bu səhər tezdən baş verən hadisələrdir. Kiyev rejimi daha bir terror xarakterli akt, yəni Rostov Regional Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzinə zərbə endirdi”, - deyə Putin qeyd edib.

Rusiya lideri bu hücumların cavabsız qalmayacağını qeyd edib.

Oxşar xəbərlər