- 8 May 22:15
Bəndər Ləngə qubernatorluğu bildirib ki, ABŞ qırıcılarının ötən gecə İranın yük və balıqçı gəmilərinə hücumu nəticəsində 6 nəfər yaralanıb, daha 6 nəfər isə itkin düşüb.
E-huquq.az xəbər verir ki, ötən gecə ümumilikdə 20 nəfərin olduğu 6 İran yük və balıqçı gəmisi ABŞ qırıcılarının hücumuna məruz qalıb.
Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər yaralanaraq Oman Sultanlığının Xəsəb xəstəxanasına çatdırılıb. Bundan əlavə, daha 6 nəfərin itkin düşdüyü bildirilir. Digər ekipaj üzvlərinin vəziyyətinin normal olduğu qeyd olunub.
Son məlumata görə, yaralıların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri ilə ABŞ-a məxsus gəmilər arasında Hörmüz boğazı ətrafında ikinci gecə ardıcıl olaraq lokal toqquşmalar davam edib.
Mənbə: APA