- 09:20
ABŞ Dövlət Katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranla razılaşma əldə etmək imkanlarını müzakirə ediblər.
E-huquq.az xəbər verir ki, bu barədə “Axios” şənbə günü mənbələrə istinadən məlumat verib.
Məlumata görə, görüş 9 mayda Florida ştatının Mayami şəhərində baş tutub.
Portal qeyd edir ki, tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumuna gedən yolu tapmağa çalışıblar.
ABŞ hələ də İrandan təklif etdiyi memorandum layihəsinə cavab almayıb.
Portalın mənbələri bildirir ki, Qətər, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı razılaşmanı irəlilətmək üçün birgə çalışırlar.