Suriya prezidenti 2 nazir və 4 vali təyin etdi


  • 15:32

Suriya prezidenti Əhməd əş-Şaraanın imzaladığı fərmana əsasən Xalid Zərzur Həmzə Mustafanın yerinə informasiya naziri, Basel Suveydan isə Əmcəd Bədrinin yerinə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Bundan başqa Laziqiyyə, Quneytra, Deyr əz-Zor və Homs vilayətlərinə də yeni valilər təyin olunub.

Əbdürrəhman əl-Əma prezident aparatının Baş katibi təyin edilib.

Qeyd edək ki, əş-Şaraanın 23 nazirdən ibarət ilk kabineti 30 mart 2025-ci ildə öz işinə başlayıb.

Oxşar xəbərlər