Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 2795 nəfərə çatdı


  • 13:28

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə hücumları nəticəsində son 24 saat ərzində 36 mülki şəxs ölüb, 74 nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2795 nəfərə çatıb, 8586 nəfər yaralanıb", - məlumatda deyilir.

Oxşar xəbərlər