Hindistanda avtomobil aşıb: 6 ölü, 4 yaralı


  • 11:19

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatının Çamba rayonunda avtomobil dərəyə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Sinxua” agentliyi məlumat yayıb.

Qəza nəticəsində azı 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polis hazırda yaralıların vəziyyətinin stabil olduğunu bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər