- 11:19
Rusiyanın Avropa Komissiyasının (AK) təzyiqlərinə baxmayaraq, Venesiya Biennalesindəki beynəlxalq müsabiqələrdə iştirakı sayəsində Avropa ölkələrində təsiri artır.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşünə gəldikdə deyib.
"Rusiyanın Avropada təsiri yenidən güclənir. Bu, Rusiya idmançılarının yenidən heç nə olmamış kimi yarışdığı idmanda, həmçinin Rusiyanın Venesiya Biennalesində iştirakında özünü göstərir", - Kallas deyib.
Avropa Komissiyası (AK) daha əvvəl bildirmişdi ki, Biennale təşkilatçılarına Rusiyanın iştirakdan kənarlaşdırılmasını tələb edən rəsmi məktublar göndərib. Onların imtinasına cavab olaraq, AK təşkilatçılara 2 milyon avroluq qrantı ləğv etdi.
Humay Eminqızı