Aİ İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin tikintisinə görə sanksiyalar tətbiq edə bilər


  • 14:55

Avropa İttifaqı (Aİ) ölkələri mayın 11-də İordan çayının Qərb sahilində İsrail yaşayış məntəqələrinin yaradılmasına görə məsul şəxslərə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilərlər.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.

“Ümid edirəm ki, bu məqsədə nail olacağıq”, - Kallas deyib.

O, belə bir qərarın qəbulu üçün Aİ-nin yekdil səsə ehtiyac duyacağını vurğulayıb.

Humay Eminqızı

Oxşar xəbərlər