- 15:23
İran münaqişənin həlli məsələsində ABŞ ilə dialoqunu yalnız Pakistan vasitəsilə aparır, baxmayaraq ki, digər ölkələr də regionda gərginliyi azaltmaq üçün addımlar atır.
E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi mətbuat konfransında məlumat yayıb.
“Bu məsələ ilə bağlı müxtəlif ölkələr əlaqələr saxlayır və regionun bir çox dövləti gərginliyin artması ilə bağlı real narahatlıq keçirir. Buna baxmayaraq, vasitəçi rolunu hələ də Pakistan oynayır. Pakistan İran və ABŞ arasında rəsmi vasitəçi kimi bu istiqamətdə fəaliyyətini davam etdirir”, - deyə diplomat bildirib.
Bəqayinin sözlərinə görə, Qətər həm Tehran, həm də Vaşinqtonla yaxşı münasibətləri qoruyub saxlayan regionun ən fəal ölkələrindən biri olaraq qalır və nizamlanma məsələsi ilə bağlı öz fikir və təkliflərini daim İranın xarici işlər naziri Abbas Əraqçi ilə bölüşür.
Humay Eminqızı