- 17:33
Ukrayna hakimiyyəti Tbilisinin regionda körpü rolunu oynadığını qəbul edərək, Gürcüstanla münasibətləri aktivləşdirmək qərarına gəlib.
E-huquq.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, bu gün bir çox ölkənin Gürcüstanla münasibətlərə ehtiyacı var və istisna deyil ki, Ukrayna tərəfinin də buna ehtiyacı olsun.
“Müvafiq olaraq, onların bu gün niyə Gürcüstanla münasibətləri normallaşdırmağa ehtiyac duyduğunu izah etmək asandır”, - Boçorişvili qeyd edib.
Humay Eminqızı