Atəşkəs elan edildikdən sonra Qəzzada 854 fələstinlini həyatını itirib


  • 16:47

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 740 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda Qəzzada 3 nəfər ölü, 16 yaralı xəstəxanalara çatdırılıb.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 854 nəfər ölüb, 2 453 nəfər yaralanıb, dağıntılar altından 770 cəsəd çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində 172 555 nəfər yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər