Trampa sui-qəsddə ittiham olunan şəxs bütün ittihamları rədd etdi


  • 19:08

ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan amerikalı Kol Tomas Allen ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

E-huquq.az xəbər verir ki, Vaşinqtonda keçirilən son məhkəmə iclasında Kol özünü günahkar bilmədiyini bildirib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış etməyib.

Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda Hilton Otelində ABŞ-nin bütün yüksək rütbəli rəsmilərinin qatıldığı konfransda atışma baş verib. Hadisə zamanı bir nəfər təhlükəsizlik işçisi yaralanıb. Silahlı həbs edilib. Kaliforniyadan olan 31 yaşlı Koul Tomas Allen tədbirdən öncə Hilton otelində otaq sifariş edib və ora odlu silah keçirə bilib.

Allen ABŞ Prezidentinə sui-qəsd cəhdi, ağır cinayət törətmək niyyəti ilə odlu silah və sursat daşımaqda ittiham olunur. Baş prokuror vəzifəsini icra edən Todd Blanche qeyd edib ki, təqsirləndirilən şəxs ömürlük həbs cəzası ilə üzləşə bilər.

Oxşar xəbərlər