Rusiya və Pakistan viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayacaq


  • 12 May 11:50

Rusiya və Pakistan vizaların sadələşdirilməsi ilə bağlı razılığa gəliblər.

E-huquq.az xəbər verir ki, bu barəd Pakistanın Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib.

Müvafiq sazişin yaxın vaxtlarda Pakistanın baş naziri Şahbaz Şərifin Moskvaya səfəri zamanı imzalanacağı bildirilib.

Səfir bildirib ki, tərəflər bundan başqa, mədəniyyət sahəsində əməkdaşlıq haqqında, eləcə də növbəti beş il üçün ticarət-iqtisadi əməkdaşlıq barədə sazişlər də imzalayacaqlar: “Biz Rusiyanın Pakistanın tibb və sənaye sektoruna investisiyaları ilə bağlı sazişlər də imzalayacağıq. Həmçinin azad ticarət sazişi çərçivəsində Avrasiya İqtisadi İttifaqına qoşulmaq üzrə danışıqlara artıq başlamışıq”.

Humay Eminqızı

Oxşar xəbərlər