Məzmuna keç

Pakistanda bazarda güclü partlayış oldu:

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında, Xayber Paxtunxva əyalətinin Lakki Marvat bölgəsindəki “Nauranq” bazarında partlayış baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində ikisi polis olmaqla 9 nəfər ölüb, 18 nəfər yaralanıb.

Partlayışın səbəblərinin müəyyən edilməsi üçün ərazidə araşdırmalara başlanılıb.

Humay Eminqızı