Hindistan Rusiyadan LNG idxalından imtina edəcəyi ilə bağlı xəbərləri təkzib edib


  • 12 May 12:55

Hindistanın Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalından imtina etməsi və ölkədə yaxın zamanda lokdaun tətbiq olunacağı ilə bağlı yayılmış məlumatlar mifdir.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh Puri “Hindistan Sənaye Konfederasiyası”nın konfransında bildirib.

“Çoxlu miflər dolaşır. Buraya gələndə bir məqalə oxudum. Məqalədə iddia olunurdu ki, guya Hindistan idxalı dayandırıb və Rusiyadan LNG partiyasını qəbul etməkdən imtina edib”, - deyə o bildirib.

Puri həmçinin iddia edib ki, Hindistan Rusiyadan LNG idxal etməyib. İki ay əvvəl isə həmin rəsmi bildirmişdi ki, Hindistan demək olar hər gün müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan böyük həcmdə LNG partiyaları alır.

“İcazə verin aydınlıq gətirim və kimlərinsə şəxsi maraqları naminə yayılan bu yalan məlumatları təkzib edim. Bu miflər ifşa olunmalı və aradan qaldırılmalıdır”, - Puri deyib.

Humay Eminqızı

Oxşar xəbərlər