- 00:27
Fələstinin HƏMAS hərəkatı İsrail tərəfindən razılaşmanın birinci mərhələsinin müddəaları yerinə yetirildikdən sonra Qəzza sektorundakı münaqişənin tənzimlənməsinə yönəlmiş sazişin ikinci mərhələsi üzrə danışıqlara başlamağa hazırdır.
E-huquq.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına hərəkatın siyasi bürosunun rəhbərinin müşaviri Taher əl-Nunu deyib.
“Biz birinci mərhələ yerinə yetirildikdən sonra sazişin ikinci mərhələsi üzrə danışıqlara başlamağa hazırıq. İsrail sazişin birinci mərhələsini yerinə yetirməkdən imtina edir və ikinci mərhələyə aid tələblərin icrasına nail olmağa çalışır”, — deyə o bildirib.
Ən-Nunu həmçinin bildirib ki, İsrail tərəfi Qəzza sektorunda sazişin müddəalarını pozmağa davam edir. O vurğulayıb ki, bu pozuntular dayandırılmadan ciddi danışıqlara başlamaq mümkün deyil.
Humay Eminqızı