- 00:27
Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 7 FETÖ terrorçusu barədə həbs qərarı çıxarılıb.
Şübhəlilər 2014-cü il Hərbi Liseylərə Qəbul İmtahanı zamanı qanunsuzluqlara yol verməkdə ittiham edilir.
Şübhəlilərin tutulması üçün 4 vilayətdə tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə