- 00:27
Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirirlib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir kiI, İstanbul Baş Prokurorluğu İŞİD terror təşkilatının maliyyələşdirilməsində şübhəlli bilinən şəxslərlə bağlı araşdırma aparıb.
Şübhəlilərin 2021-2025-ci illər arasında təxminən 170.000 dollar topladığı və vəsaitlərin İŞİD üzvlərinə köçürdükləri müəyyən edilib.
İstanbul, Ankara, Antalya, Biləcik, Bursa, Hatay, İzmir, Kayseri, Kilis, Konya, Malatya, Mersin, Sakarya, Şanlıurfa, Trabzon və Vanda eyni vaxtda əməliyyat keçirən polis 43 şübhəlini nəzarətə götürüb.
Şübhəlilər və onların ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Şəbnəm Mehdizadə