Mark Butler: Hantavirusun aşkarlandığı gəmidəki vətəndaşların səhhəti yaxşıdır


  • 12 May 16:59

Hantavirusa yoluxma hallarının aşkar edildiyi "MV Hondius" gəmisində olan beş vətəndaşın səhhəti yaxşıdır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın səhiyyə naziri Mark Butler məlumat verib.

Nazir gəmidə olan beş avstraliyalı və bir Yeni Zelandiyalı sərnişininin səhhətinin yaxşı olduğunu və uçuş prosedurları tamamlanana qədər Hollandiyadakı bir oteldə karantində qalacaqlarını söyləyib.

Butler qeyd edib ki, sərnişinlərin Hollandiyadan ayrıldıqdan sonra Avstraliyaya getməsi gözlənilir.

O, əlavə edib Qərbi Avstraliyaya gəldikdən sonra vətəndaşlar təxminən üç həftə bir müəssisədə karantində qalacaqlar.

Virusun 42 günlük inkubasiya dövründə əlavə monitorinq tədbirləri barədə daha sonra qərar veriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər