- 00:27
Dünyanın ən isti 50 şəhəri Hindistanda yerləşir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə bu, müasir tarixdə görünməmiş bir vəziyyətdir.
Normalda ilin ən isti ayı olmayan aprel ayında Hindistanda orta temperatur Selsi üzrə 44,7 dərəcəyə çatıb.
Hesabat dövründə ən isti ərazi Uttar Pradeş əyalətinin Banda ştatı olub, burada 46,2 dərəcə isti qeydə alınıb.
Qlobal iqlim böhranı nəticəsində yazın daha erkən başladığı Hindistanda 2050-ci ilə qədər temperaturun hətta sağlam insanlar üçün də təhlükəli həddə çatacağı gözlənilir.
Xüsusilə qocalar, uşaqlar və açıq havada çalışan işçilər üçün həyati risklər yaradan bu vəziyyət ölkənin kənd təsərrüfatı istehsalı və səhiyyə sisteminə də böyük təzyiq göstərir.
Şəbnəm Mehdizadə