Türkiyədə 16 vilayətdə sarı xəbərdarlıq edilib


  • 12 May 17:42

Türkiyənin 16 vilayətində hava şəraiti ilə bağlı sarı kodlu xəbərdarlıq elan olunub.

E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin (MGM) son proqnozlarına görə, günortadan sonra leysan yağış və ildırım çaxması gözlənilir.

Sarı kodlu xəbərdarlıq Amasya, Ankara, Bolu, Çankırı, Çorum, Ədirnə, Kastamonu, Kırklareli, Ordu, Samsun, Sinop, Sivas, Tokat, Yozqat, Kırıkkale və Karabük vilayətlərini əhatə edir.

Dövlət qurumları vətəndaşları diqqətli olmağa çağırır və qəfil daşqınlar, su basması, ildırım, dolu, yağış potensial təhlükələrə qarşı lazımi tədbirlər görməyi tövsiyə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər