- 00:27
"Hantavirusun yayılacağına dair heç bir göstərici yoxdur və qlobal sağlamlıq riski aşağı səviyyədə qalır".
E-huquq.az xəbər erir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus söylöəyib.
ÜST rəhbəri bununla belə, yoluxam hallaırnın artma ehtimalı barədə xəbərdarlıq edib.
Qebreyesus İspaniya hökumətinə gəminin evakuasiyası üçün dərhal tədbir gördüyünə görə təşəkkür edib.
O qeyd edib ki, təxliyyə əməliyyatı uğurla həyata keçirilib: "Bütün sərnişinlər endirilib və gəmi hazırda Hollandiyaya gedir. Təxminən 23 ölkədən 150-yə yaxın sərnişin göyərtədə idi".
Qebreyesus əlavə edib: "Hazırda daha böyük bir epidemiyanın başlanğıcını göstərən heç bir əlamət yoxdur. Lakin virusun uzun inkubasiya dövrünü nəzərə alaraq, qarşıdakı həftələrdə yeni yoluxam faktlarının olması mümkündür".
ÜST rəhbəri virusdan təsirlənən bütün ölkələrin mütəxəssisləri ilə yaxından əməkdaşlıq etməyə davam edəcəklərini vurğulayıb.
Şəbnəm Mehdizadə