- 00:27
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla yalnız ABŞ üçün sərfəli hesab edilən sülh sazişini imzalayacağını deyib.
E-huquq.az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.
“Biz yalnız yaxşı razılaşma bağlayacağıq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti Çin sədri Si Cinpinlə görüş zamanı İran ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə etməyi planlaşdırdığını da açıqlayıb.
“Düşünürəm ki, bu barədə uzun söhbətimiz olacaq”, – deyə Tramp qeyd edib.