Lavrov: “ABŞ Rusiya şirkətlərini qlobal bazarlardan çıxarmağa çalışır”


  • 12:40

ABŞ Rusiya şirkətlərini dünya bazarlarından, o cümlədən Afrika və Balkan yarımadasından sıxışdırıb çıxarmağa çalışır və “Rosneft” şirkətinin Venesuela ilə qurduğu bütün əməkdaşlığı öz nəzarəti altına almaq istəyir.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT India” telekanalına müsahibəsində deyib.

““Lukoil” ASC və “Rosneft” şirkətlər qrupunu dünya bazarlarından, eləcə də Afrikadan sıxışdırıb çıxarmağa çalışırlar. Orada, xüsusilə “Lukoil” ASC, həmçinin “Rosneft” şirkətlər qrupunun çoxlu obyektləri var idi. Eləcə də Balkan yarımadasından da çıxarmağa çalışırlar. Orada da bizim şirkətlər fəaliyyət göstərir və uğurlu biznes qurmuşdular”, - Lavrov deyib.

“Rosneft”in Venesuela ilə əməkdaşlığından danışan nazir bildirib ki, amerikalılar bu əməkdaşlığı öz nəzarətləri altına almaq istəyirlər: “Çətin ki, bu artıq bərabərhüquqlu əməkdaşlıq olsun”.

Lavrov vurğulayıb ki, ABŞ bütöv bir sıra doktrinal sənədlər qəbul edib ki, onlardan biri də ABŞ-nin qlobal enerji bazarlarında hökmranlıq etməsinin zəruriliyini bəyan edir.

Humay Eminqızı

Oxşar xəbərlər