- 12:41
Gürcüstanın Muxrovani kəndində Xüsusi Əməliyyat Komandanlığının bazasında “Troya izləri 2026” çoxmillətli xüsusi təyinatlı hərbi təlimlər başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Gürcüstanda artıq dördüncü dəfədir ki, çoxmillətli təlimlər keçirilir. Onlara Gürcüstan, İspaniya, Polşa, Rumıniya, ABŞ və Böyük Britaniyanın xüsusi əməliyyat bölmələrinin hərbçiləri cəlb olunub”, - məlumatda bildirilib.
Gürcüstan Silahlı Qüvvələrini təlimlərdə Xüsusi Əməliyyatlar Komandanlığının reyncer batalyonu, şərq və qərb xüsusi əməliyyatlar batalyonları, Gürcüstan Milli Qvardiyasının könüllü dəstələri və kəşfiyyat bölmələri, eləcə də ərazi ehtiyatının şəxsi heyəti təmsil edir.
Qeyd edək ki, təlimləri ABŞ-nin Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığı və Gürcüstanın Xüsusi Əməliyyat Qüvvələri təşkil edib.
Humay Eminqızı