Tailand vizasız rejimin qısaldılması ilə bağlı konsensus əldə edib


  • 15:45

Tailand 90-dan çox ölkənin vətəndaşları üçün vizasız rejimin 60 gündən 30 günə endirilməsi ilə bağlı konsensus əldə edib.

E-huquq.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Nazirlər Kabineti bu məsələni gələn həftə müzakirə edəcək.

Taylandın turizm və idman naziri Surasak Phanthyarınvorakun bildirib ki, bütün qurumlar qonaqlara həddindən artıq uzun müddət qalmağa icazə verilməsinin turizmin məqsədlərinə uyğun gəlmədiyi və Taylanddan cinayət fəaliyyəti üçün istifadə etmək istəyən şəxslər üçün boşluq yaratdığı fikri ilə razılaşıblar.

15 iyul 2024-cü ildə həmin dövrdə baş nazir vəzifəsini tutan Settha Thavisin turist məqsədilə krallığa səfər edən 93 ölkə və ərazidən olan qonaqlar üçün 60 günədək vizasız rejimin tətbiqini nəzərdə tutan qərarı təsdiqləmişdi.

Humay Eminqızı

Oxşar xəbərlər