- 15:45
Kaliforniyanın Santa Clara County hökuməti "Meta" şirkətini məhkəməyə verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin "Facebook" və "Instagram" platformaları vasitəsilə yaşlı və həssas istifadəçiləri hədəf alan saxta reklamlardan gəlir əldə etdiyi iddia edilib.
Rayon prokuroru Tony LoPresti deyir ki, saxta reklamçılar milyardlarla dollar xərcləyərək aldadıcı kampaniyalarını "Meta"nın platformalarında yayıblar. "Meta" daxili müzakirələrdə bu problemləri görsə də, pozuntuları dayandıra bilməyib.
Rəqəmsal Nifrət Mərkəzinin hesabatına görə, yaşlıları hədəf alan fırıldaqçılıq kampaniyalarından "Facebook" reklamları milyonlarla dollar gəlir əldə edib.
.Şirkət isə öz növbəsində iddiaları rədd edib.
Bildirilib ki, "Meta" platformalarda saxta reklamlarla mübarizə aparır və məhkəmədə iddialara qarşı çıxacaq. Ötən il 159 milyondan çox saxta reklam silinib və əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
Şəbnəm Mehdizadə