- 15:45
Yunanıstanın borclarını ödəmək üçün Akropolun satılması təklif edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker məlumat verib.
Yunker bildirib ki, təklifi irəli sürən şəxs adını açıqlamaqdan imtina edib.
2005-2013-cü illərdə AvroQrupa sədrlik edən Yunker həmin anları bu sözlərlə izah edib: "Yadımdadır, Avroqrupun iclaslarında bəzi maliyyə nazirləri pul yığmaq üçün Akropolu satmağı təklif etmişdilər. Mən onlardan sakit olmalarını istədim".
Yunker böhran zamanı etibarın sarsıdıldığı mühitlərdə bu cür yanaşmaların olduğunu diqqətə çatdırıb.
Şəbnəm Mehdizadə