- 16:50
ABŞ-ın Miçiqan ştatında 24 yaşlı Ceyms Şirah dostu Terri Teyloru avtomobillə vuraraq öldürdüyü üçün 30 il həbs cəzasına məhkum edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 30 avqust 2024-cü ildə Şirah və Savanah Kollierin toy mərasimindən sonra evdə baş verib.
Şirah əməlindən peşman olduğunu bildirərək üzr istəyib. Vəkili hadisəni bədbəxtlik kimi qiymətləndirsə də, prokurorlar onun Teyloru qəsdən vurduğunu iddia edib.
Günahını qəbul edən Şirah yalnız 30 ildən sonra şərti azadlığa çıxa biləcək. Qətlə şərik olmaqda günahlandırılan gəlinin də yaxın vaxtlarda hakim qarşısına çıxması gözlənilir.
Şəbnəm Mehdizadə