- 16:50
ABŞ prezidenti Donald Trampın nümayəndə heyəti ilə birlikdə Çinə səfəri başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Onun təyyarəsi paytaxt Pekinin “Şoudu” hava limanına eniş edib.
ABŞ lideri səfəri zamanı prezident Si Cinpinlə danışıqlar aparacaq. Danışıqlar zamanı ikitərəfli ticarət və iqtisadi mübahisələrin həllinə üstünlük verəcəyi gözlənilir. Əsas qlobal problemlərin də müzakirə olunacağı gözlənilir.
“Reuters”in məlumatına görə, Trampı Amerikanın “SpaceX” şirkətinin təsisçisi İlon Mask və Çinin “Nvidia” şirkətinin baş direktoru Censen Huanq müşayiət edir.
Tramp mayın 15-dək Çində səfərdə olacaq.
Humay Eminqızı