- 16:48
Türkiyənin 19 vilayətində qanunsuz mərc və kazino oyunları təşkil edən 115 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayseri Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 132 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Kayseri, İstanbul, Yozgat, Adana, Gümüşhane, Ankara, Aksaray, Mersin, Manisa, Antalya, Bursa, Isparta, Muğla, Nevşehir, Niğde, Artvin, Amasya, Malatya və Trabzonda eyni vaxtda keçirilən əməliyyatda 115 nəfər saxlanılıb.
İstintaq çərçivəsində 2800 bank hesabına müvəqqəti həbs qoyulub.
Yoxlanılan bank hesablarında 8,6 milyard türk lirəsi məbləğində maliyyə əməliyyatları aşkar edilib.
Digər 17 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Şəbnəm Mehdizadə