Türkiyədə selə görə dərslər dayandırıldı


  • 13 May 17:11

Türkiyənin Samsun vilayətində güclü yağış bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Havza mahalında yağan leysan yağış bəzi ərazilərdə daşqınlara səbəb olub.

Sel nəticəsində bəzi məktəblərə ziyan dəyib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dərslər bir günlük dayandırılıb.

Həmçinin güclü yağış zamanı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Çoxlu sayda ev və iş yerinin zirzəmi və alt mərtəbələrini su basıb, avtomobilləri sel aparıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər