Krasnodar diyarının keçmiş qubernator müavini azadlıqdan məhrum edildi


  • 17:32

Rusiyanın Leninski Rayon Məhkəməsi Krasnodar diyarının qubernatorunun keçmiş müavini Anna Minkova barəsində qərar verib.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Minkova dələduzluq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

Məhkəmə ona, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 700 min rubl məbləğində cərimə və 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin edib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 73-cü maddəsinın tələblərinə uyğun olaraq, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 5 illik sınaq müddəti ilə şərti hesab olunacaq.

Qeyd edək ki, məhkəmə qərar qəbul edərkən yüngülləşdirici hal kimi keçmiş vitse-qubernatorun günahını etiraf etməsini, könüllü şəkildə təslim olmasını, himayəsində iki azyaşlı uşağın və təqaüdçü anasının olmasını, həmçinin mükafat və təşəkkürlərinin mövcudluğunu nəzərə alıb.

Humay Eminqızı

Oxşar xəbərlər