Andriy Yermak barəsində həbs qətimkan tədbiri seçilib


  • 10:46

Ukrayna Prezident Ofisinin sabiq rəhbəri Andriy Yermak barəsində həbs qətimkan tədbiri seçilib.

E-huquq.az xəbər verir ki, bu barədə qərar məhkəmə iclasında elan edilib.

Ona qarşı korrupsiya ittihamı irəli sürülüb.

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Yermakı 60 gün müddətinə həbs edib. Eyni zamanda ona alternativ qətimkan tədbiri kimi 140 milyon qrivna (təxminən 23,5 milyon rubl) məbləğində girov təyin olunub.

A.Yermak Kiyev yaxınlığında elit yaşayış komplekslərinin tikintisi vasitəsilə 460 milyon qrivnanın (təxminən 767 milyon rubl) yuyulması işi üzrə şübhəli bilinir.

Humay Eminqızı

Oxşar xəbərlər