- 10:46
Rusiyanın ilhaq etdiyi Krımda hərbçilər barədə məlumatları Ukrayna xüsusi xidmət orqanlarına ötürməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Müəyyən olunub ki, Krasnoperekopsk rayon sakini, 1975-ci il təvəllüdlü şəxs “Telegram” vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə yaradıb və ona Rusiya Silahlı Qüvvələrinin yerləşdiyi obyektlərin foto və videolarını, həmçinin koordinatlarını ötürüb.
1962-ci il təvəllüdlü Simferopol sakini, Ukrayna Dövlət Sərhəd Xidməti ilə əlaqə qurub, Krım yarımadasının ərazi müdafiə nümayəndələrinin şəxsi məlumatlarını ötürməyə razılaşıb.
Bildirilir ki, bu məlumatlardan sonradan diversiyalar və raket-artilleriya zərbələri üçün istifadə oluna bilərdi.
Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı